Avropa İttifaqı 2014-2017-ci illərdə Azərbaycana təhsil və ədliyyə sahələrində islahatların aparılması və bu sahələrin, o cümlədən ölkənin regionlarının inkişafı üçün94 mln. avro ayıracaq. Bu barədə Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri Malena Mard məlumat verib.
Diplomat çərşənbə günü Avropa Qonşuluq Siyasətinin reallaşdırılmasında irəliləyişə dair hesabatın təqdimatında çıxışı zamanı bildirib ki, təhsil Azərbaycan-Aİ əməkdaşlığının prioritet sahələrindən biridir.
“Bu il Aİ Azərbaycana təhsil sahəsində layihələrin reallaşdırılmasına 19,5 mln. avro məbləğində vəsait ayırmağı planlaşıdırır”, - deyə M.Mard qeyd edib.
F.İsazadə