Çərşənbə günü Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında Elman Rüstəmovun və Xəqani Abdullayevin Mərkəzi Bankın (AMB) İdarə Heyətinin üzvləri qismində namizədlikləri təsdiq edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri komitənin iclasından məlumat verib.
E.Rüstəmov və X.Abdullayevin namizədlikləri prezident İlham Əliyev tərəfindən parlamentə tövsiyə olunub.
E.Rüstəmov 1995-ci ilin yanvar ayında Mərkəzi Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. 2000-ci ilin aprel ayında o, ikinci, 2005-ci ilin aprel ayında isə üçüncü müddətə həmin vəzifəyə təsdiq olunub.
X.Abdullayev 2000-ci ilin avqust ayından etibarən Mərkəzi Bankda çalışır. 2008-ci ilin aprel ayında AMB-nin baş direktorunun vəzifələrinin icraçısı, 2009-cu ilin iyul ayında AMB-nin baş direktoru təyin olunub. O, 2010-cu ildən etibarən AMB-nin İdarə Heyətinin üzvüdür.
A.Axundov