2015-ci il aprelin 1-nə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda $60 mln.-a yaxın vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin saytında məlumat verilir.
Belə ki, fondun hesabında 62 mln. 495671 min manat, $211,791 min və 593 avro toplanıb.
Fevral ayının əvvəlinə toplanan vəsait təxminən $78 mln. təşkil edirdi, lakin həmin ay manatın devalvasiyası nəticəsində indiki məzənnə ilə toplanan vəsait təxminən $60 mln. məbləğində olub.
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondu 2002-ci ildə Azərbaycan prezidentinin fərmanı ilə yaradılıb.
F.İsazadə