SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) 2015-ci ilin I rübündə Novorossiysk limanından Bakı- Novorossiysk neft kəməri ilə ixrac edilmiş 423,785 min ton neft yola salıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 66,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
2015-ci ilin mart ayında ARDNŞ Novorossiysk limanından 169,47 min ton neft yola salıb.
Xəbər verildiyi kimi, SOCAR və Rusiyanın "Transneft" şirkəti Azərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri ilə nəqli haqqında müqaviləni 2015-ci ilin sonuna kimi uzadıb.
2014-cü ildə SOCAR Novorossiysk limanından 932,155 min ton neft yola salıb.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.
N.Abbasova