Hesablama Palatası AMEA-nın Radiasiya Problemləri İnstitutunda yoxlama aparacaq. Bu barədə Palatanın saytında məlumat verilir.
Yoxlamaların məqsədi instituta ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və məqsədyönlü istifadəsinin auditidir.
Bundan başqa, Palata dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Xəzər rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinin yoxlanılmasını həyata keçirəcək.
Hesablama Palatası, həmçinin dövlət büdcəsinin yerli xərclərindən Göygöl Rayon Mərkəzi Xəstəxanasına ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasının və dövlət büdcəsinin yerli xərclərindən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə və struktur bölmələrinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasınadair audit tədbirləri həyata keçirəcək.
A.Əzizov