Səbayel Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçmiş rəisi Nizami Musayev saxlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DİN-in mətbuat xidmətindən məlumat verilib.
1995-ci ildən axtarışda olan N.Musayev Cinayət Məcəlləsinin 88-1 (dövət əmlakını və ya ictimai əmlakı, xüsusilə killi miqdarda talama) və 168-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.
N.Musayev 1990-cı illərdə DİN-in idarə rəisi vəzifəsini tutub. Daha sonra o, aktyor, rejissor, ssenarist və fəndlərin quruluşçusu kimi tanınıb, o, hətta bir çox fəndləri şəxsən yerinə yetirib. N.Musayev rejissor, aktyor və ssenarist kimi “Lətifə”, “Yaramaz”, “Hava məbədi” və s. filmlərin çəkilişlərində iştirak edib.
F.İsazadə