Yaya qədər İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna hökumətlərarası komissiyanın iclası keçiriləcək. Bu barədə Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun həmsədri, Ukrayna Ali Radasının deputatı Roman Nəsirov məlumat verib.
“Düşünürəm ki, işçi qruplarının ilk görüşləri cari ilin may ayından tez keçirilməyəcək”, - deyə R.Nəsirov “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hökumətlərarası komissiyanın iclasından əvvəl işçi qruplarının görüşləri olacaq ki, “nəticədə bu il nazirliklərarası görüşlər və ya hökumətlərarası komissiyanın iclası keçiriləcək”.
Müsahibənin tam mətni ilə http://interfax.az/view/635952 saytında tanış olmaq olar.
F.İsazadə