Cümə axşamı Gürcüstan, Türkiyə və Azərbaycanın müdafiə nazirləri təxminən bir il öncə başlamış üçtərərfli hərbi əməkdaşlıq çərçivəsində Tbilisidə görüş keçiriblər.
“Üçtərəfli əməkdaşlığımız regionda sülh və təhlükəsizliyin möhkəmlənməsinə yönəlib. Bu əməkdaşlıq heç kimə qarşı yönəlməyib və silahlı qüvvələrimizin peşəkar hazırlığının artmasına imlan yaradır”, - deyə qapalı keçən görüşdən sonra Gürcüstanın müdafiə naziri Mindiya Canelidze jurnalistlərə bəyan edib
Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın sözlərinə görə, üç dövlətin hərbi sahədə əməkdaşlığı “regionda sabitlik üçün yaxşı mexanizmdir”.
Azərbaycanın müdafiə naziri Zakir Həsənov isə bəyan edib ki, Ermənistanın hərəkətləri regionda qeyri-sabitlik yaradır. “Bu gün Ermənistan regionda yeganə dövlətdir kii, üç ölkəyə ərazi iddiaları ilə çıxış edir. Biz bu istiqmətdə də fəaliyyətimizi davam etdirəcəyik”, - deyə o, jurnalistlərə bildirib.