Mədəniyət və turizm naziri Əbülfəs Qarayev bəyan edir ki, yay turizm dövründə respublikada qiymət artımı gözlənilmir.
“Bu gün biz otellərdə qiymət artımı müşahidə etmirik, bu isə bizi çox sevindirir. Əminəm ki, bu vəziyyət yay turizm dövründə də saxlanılacaq. Bakı və Azərbaycanın regionlarında milli valyuta ilə təqdim olunan xidmətlər eyni səviyyədə qalacaq”, - deyə nazir cümə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, turizm sektorunda rəqabət turizm şirkətləri və otellərin keyfiyyətli xidmətlərin təqdim edilməsində maraqlı olmasına səbəb olur. Bundan başqa, bu, həmin qiymətə turistlərə əlavə xidmətlər təqdim etməyə imkan verir ki, nazirlik bunu yalnız alqışlayır.
A.Zeydullayeva