“Azərmarka” şirkəti dünyada ilk poçt markasının buraxılmasının 175 illiyi münasibəti ilə poçt markası nəşr etdirib. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında bildirilir.
Markanın nominal dəyəri 20 qəpik təşkil edir.
1840-cı il mayın 6-da ilk dəfə olaraq üzərinə pul şəkli (1penni) təsvir olunmuş poçt markası rəsmi şəkildə İngiltərədə məktubların üzərinə vurulmaqla poçt ödəniş nişanı kimi istifadə edilməyə başlanıb.
N.Abbasova