Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinə Yəməni tərk etmək üçün müraciət edən 9 Azərbaycan vətəndaşından 2-si bu ölkədən təxliyyə olunub. Bu barədə ANS telekanalına Azərbaycanın Səudiyyə Ərəbistanındakı, eyni zamanda Yəməndə də akkreditə olunmuş səfirliyinin 2-ci katibi, konsul Emil Qasımzadə məlumat verib.
“Dünən iki vətəndaşımız Rusiya tərəfinin köməyi ilə Sənadan Moskvaya təxliyyə olunub. Bu gün də qalan 7 vətəndaşın təxliyyə olunması planlaşdırılır. Səfirliyimiz bu şəxslərlə daim əlaqə saxlayır və onların təxliyyəsi üçün səylərini əsirgəmir. Bu gün 7 nəfərin hamısı ya Türkiyə, ya da Rusiyaya təxliyyə olunacaq”, - deyə E.Qasımzadə bildirib.
Y.Əliyev