Bu gün Milli Məclisin plenar iclasında deputatlar səsvermə yolu ilə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin iki üzvünün namizədliyini təsdiq ediblər.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin parlamentin iclasından verdiyi məlumata görə, Elman Rüstəmov və Xaqani Abdullayevin namizədlikləri təsdiq edilib.
Hər iki şəxsin namizdəliyi prezident İlham Əliyev tərəfindən Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdu.
E.Rüstəmov 1995-ci ildən AMB-nin İdarə Heyətinin sədri, X.Abdullayev isə 2010-cu ildən AMB İdarə Heyətinin üzvüdür.
R.Babayev