Azərbaycan ermənilərin 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı yalanlarına qarşı mübarizə aparmaq üçün aprelin 24-də Türkiyənin yanında olmalıdır. Bu barədə Milli Məclisin deputatı Fazil Mustafa cümə günü parlamentin plenar iclasında bəyan edib.
“Aprelin 24-də biz ermənilərə öz cavabızmızı verməli və Anklara ilə həmrəylimiyimizi nümayiş etdirməliyik. Türkiyə ilə eyni gündə Çanaqqala döyüşündə qələbənin 100 illiyinin Bakıda da qeyd edilməsini təklif edirəm”,- deyə o vurğulayıb.
Onun sözlərinə görə, Çanaqqala döyüşündə mindən çox azərbaycanlı ölüb və yaralanıb.
F.Mustafa onu da bildirib ki, aprelin 24-də Türkiyənin Ermənistanla həmsərhəd regionlarında – Qars və Ərzurumda hücum xarakterli Azərbaycan-Türkiyə təlimləri keçirilməlidir ki, bu da rəsmi İrəvana bir növ ismarıc olacaq.
Deputat Qənirə Paşayeva F.Mustafa ilə həmrəy olduğunu deyərək xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev Çanaqqalada qələbənin yubileyi münasibəti ilə Türkiyədə keçiriləcək tədbirlərdə şəxsən iştirak edəcək ki, bu da rəsmi Bakının güclü siyasi jesti hesab olunur.
R.Babayev