“Azərmarka” şirkəti Azərbaycanın görkəmli pedaqoqu və elm xadimi Əziz Şərifə həsr edilən poçt markası nəşr etdirib. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında deyilir.
Poçt markasının üzərində Ə.Şərifin şəkli təsvir olunub. Markanın nominal dəyəri 0,50 manat təşkil edir.
Ə.Şərif çox sayda məqalələrin, elmi əsərlərin, tənqidi-bioqrafik oçerk və monoqrafiyalarınmüəllifidir.
N.Abbasova