Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və Torpaqşünaslıq fakültəsinin II kurs tələbələri AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyasının böyük elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Ramil Sadıqovun təşəbbüsü ilə tələbələr qurumun fəaliyyəti və burada görülən işlərlə yaxından tanış olublar.
İnstitutun direktoru, aqrar elmlər doktoru, professor Əlövsət Quliyev də tələbələri qəbul edərək onların suallarını cavablandırıb, təklif və tövsiyələrini verib. Sonra tələbələr institutun Torpaqların meliorasiyası laboratoriyasında olublar. Labaratoriyanın rəhbəri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Mustafa Mustafayev laboratoriya və burada həyata keçirilən layihələr haqqında tələbələrə ətraflı məlumat verib.
A.Zeydullayeva