Milli Məclisin deputatı Rüfət Quliyev Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə Astanada keçirilən tədbirlərdə iştirak edir. Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.
Tədbir sovet xalqının Hitler Almaniyası üzərində Qələbəsinin 70 illiyi münasibətilə MDB Parlament Assambleyasının “Xatirə estafeti” aksiyası çərçivəsində keçirilir.
R.Quliyev MDB ölkələrinin nümayəndələri ilə birlikdə müharibədə həlak olanların xatirəsinə ucaldılmış abidələri ziyarət edəcək, müharibə veteranları ilə görüşəcək.
Azərbaycanlı deputatın Qazaxıstana səfəri aprelin 7-dək davam edəcək.
R.Babayev