Aprelin 29-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində illik ümumi yığıncaq keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Tədbir çərçivəsində akademiyanın 2014-cü ildəki fəaliyyəti haqqında hesabat təqdim olunacaq, AMEA-nın vitse-prezidenti vəzifəsinə və bir sıra bölmələrinin akademik-katibi vəzifəsinə seçkilər keçiriləcək.
Gündəliyə Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın adlı mükafatlarının təqdimatı məsələləri də daxildir.
Tədbirdə AMEA-nın institut və təşkilatlarından olan alim və mütəxəssislərlə yanaşı, dövlət və ictimai təşkilatların nümayəndələri, müvafiq nazirlik, elmi müəssisə və ali məktəblərin rəhbərləri də iştirak edəcəklər.
A.Zeydullayeva