“Azərenerji” ASC (Azərbaycanda elektrik enerjisi üzrə dövlət inhisarçısı) 2015-ci ilin I rübündə 6,3 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib, bu isə 2014-cü ilin analoji dövrünün göstəricisindən 1,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-nin mətbuat xidmətindən məlumat verilib.
2015-ci ilin mart ayında Azərbaycanda elektrik enerjisinin ümumi istehsal həcmi 2,1 mlrd. kVt/saat təşkil edib.
2014-cü ilin yekunları üzrə ölkədə 22,7 mlrd. kVt/saat elektrik enerjisi istehsal edilib.
N.Abbasova