“Muğanbank” ASC “Zolotaya Korona” pul köçürmələri sisteminə qoşulub. Bu barədə şirkətin məlumatında qeyd edilir.
Beləliklə, Azərbaycanda “Zolotaya Korona”nın infrastrukturu 51 məntəqə artaraq min xidmət nöqtəsini ötüb.
“Zolotaya Korona” sistemi ilə əməkdaşlıq sayəsində “MONEX” pul köçürmələri sistemi (“Muğanbank”ın sistemi) maliyyə bazarında mövqeyini möhkəmləndirməyi və müştərilərə hesab açılmadan yaxın və uzaq xarici ölkələrə transfertlərin həyata keçirilməsi üzrə geniş imkanlar təqdim etməyi planlaşdırır”, - deyə məlumatda qeyd olunur.
“Zolotaya Korona” servisi ilə tərəfdaşlıqda “MONEX” pul köçürmələri sistemi üzrə müştərilərə xidmət üç valyuta - rubl, ABŞ dolları və avro ilə həyata keçirilir.
“Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılıb və Azərbaycanın 15 aparıcı bankından biridir. Bankın səhmdarları 4 fiziki şəxsdir.
A.Axundov