Milli Məclisin deputatı Rauf Əliyev Avropa Şurasının seminarında iştirak etmək üçün çərşənbə axşamı Brüsselə səfər edəcək. Bu barədə parlamentin mətbuat xidməti məlumat verib.
Tədbir beynəlxalq idman yarışlarında iştirak edən atletlərin viza ilə təmin olunması məsələsinə həsr olunub.
Seminar iştirakçıları idmançılar üçün viza prosedurunun asanlaşdırılması, Şengen zonası ölkələrində tətbiq olunan viza qaydaları ilə bağlı müzakirələr aparacaqlar.
R.Əliyevin Belçikaya səfəri aprelin 9-dək davam edəcək.
R.Babayev