İtaliyanın iqtisadi inkişaf naziri Federika Guidi gələn həftə Azərbaycana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbədən məlumat verilib.
14-15 aprel tarixlərində baş tutacaq səfər zamanı tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəklər.
F.Guidi Azərbaycan rəhbərliyi və hökumət üzvləri ilə görüşlər keçirəcək.
F.İsazadə