İranın cənub-şərqində, Pakistanla sərhəddə yerləşən Sistan və Belucistan vilayətinə terrorçuların hücumu nəticəsində ən azı 8 sərhədçi həlak olub. Bu barədə çərşənbə axşamı İranın İRNA agentliyi məlumat verir.
“Terrorçular Pakistandan İran ərazisinə soxularaq sərhədçilərə hücum ediblər. Onlar 8 sərhədçini öldürərək yenidən Pakistan ərazisinə qayıdıblar”,- deyə əyalətin qubernatorunun müavini Əli Əsgər Mirşəkari bildirib.
Terrorçular arasında ölənlərin olub-olmaması barədə məlumat verilmir.