Çin Xalq Respublikasının xarici işlər naziri Van İ çərşənbə günü Minskə rəsmi səfər edəcək.
Bir gün öncə Belarus XİN-in mətbuat xidmətindən “İnterfaks-Qərb” agentliyinə verilən məlumata görə, çərşənbə günü Van İnin belaruslu həmkarı Vladimir Makey və KİV nümayəndələri ilə görüşləri keçiriləcək.
Qeyd edək ki, çərşənbə axşamı Çinin xarici işlər naziri Moskvada rəsmi səfərdə olub.