ABŞ hakimiyyəti Səudyyə Ərəbistanının rəhbərliyi altında Yəməndə qiyamçı husilərə qarşı hərbi-hava əməliyyatı həyata keçirən ərəb koalisiyası ölkələrinə silah tədarükünün tempini artırır. Bu barədə “The Jerusalem Post” qəzeti ABŞ dövlət katibinin birinci müavini Toni Blinkenə istinadən məlumat verib.
“Biz (ABŞ - İF) silah tədarükünü sürətləndirmişik, kəşfiyyat məlumatlarının mübadiləsini artırırıq, eləcə dəSəudiyyə əməliyyat mərkəzində birgə əməliyyatların planlaşdırılması üzrə komanda formalaşdırmışıq”, - deyə o bildirib.
T.Blinken əlavə edib ki, “Səudiyyə Ərəbistanı husilər və onların müttəfiqlərinə Yəməni zorla ələ keçirə bilməyəcəkləri barədə müraciət ünvanlayır”.
Bu ilin mart ayının sonunda Səudiyyə Ərəbistanı başda olmaqla 10 ərəb ölkəsinin daxil olduğu koalisiya Yəmən ərazisinin böyük hissəsinə nəzarət edən qiyamçı husilərə qarşı “Qətiyyət fırtınası” adlı hərbi əməliyyata başlayıb.