Qəbələdə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə zona yarışı keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
Turnir ölkədə sərbəst güləş idman növünün inkişaf etdirilməsi, yeniyetmələrə sağlam həyat tərzinin aşılanması, respublikanın bölgələrində bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi və təbliğ olunması, yeniyetmələrin idman ustalıqlarının artırılması, yığma komandalara namizədlərin hazırlanmasına yönəlib.
Ölkə birinciliyinin zona mərhələsində respublikanın 16 şəhər və rayonundan 160-dək güləşçi 16 çəki dərəcəsində mübarizə aparıb.Yarışın yekun nəticəsinə əsasən hər çəki dərəcəsində I, II və III yeri tutmuş güləşçilər Balakən rayonunda keçiriləcək final mərhələsinə lisenziya qazanıblar.
İ.Əhmədov