Şamaxıda təxminən 44 min sakin pulsuz tibbi müayinədən keçib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
Ən çoxrast gəlinən xəstəliklər ürək, qan-damar sistemlərində yaranan problemlər və şəkərli diabetdir.
Rayon mərkəzi ilə yanaşı, ucqar kəndlərdə də insanlar pulsuz tibbi müayinəyə cəlb olunur.
Bunun üçün qrafik tərtib olunub, həkim briqadaları yerlərə ezam olunub.
Bu günə qədər müayinədən keçən insanlardan 2,4 min nəfər ambulator müalicəyə cəlb olunub. 1,480 vətəndaşa Bakıda stasionar müalicə təyin edilib. Tibbi müayinədən keçən insanlardan 120 nəfərdə müxtəlif xəstəliklərin ilkin patoloji əlamətləri aşkarlanıb
İ.Əhmədov