Rusiya Dağlıq Qarabağ münaqişəsinin qaynar hərbi mərhələyə keçəcəyini ehtimal etmir. Belə bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.
“Biz Qarabağ münaqişəsinin qaynar mərhələyə keçməsini ağlımıza belə gətirmirik. Mən əminəm ki, ritorikaya baxmayaraq, maraqlı tərəflərdən heç biri bunu istəmir”, - deyə o, erməni həmkarı Edvard Nalbandyanla görüşdən sonra mətbuat konfransında bildirib.
Azərbaycan tərəfindən hərbi gərginlik artarsa, Rusiyanın mövqeyinin necə ola biləcəyinə dair sualı cavablandıran S.Lavrov deyib: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərinin qarşılıqlı əsaslarla götürdükləri bütün öhdəliklər müqavilədə öz əksini tapıb. Öhdəliklərin yerinə yetirilməsinin nəzərdə tutulduğu hallar da müqavilədə sadalanıb”.