Ermənistan digər inteqrasiya birliklərindəki öhdəliklərini nəzərə alaraq Avropa İttifaqı ilə münasibətləri inkişaf etdirəcək. Bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bəyan edib.
“Ermənistan digər inteqrasiya birliklərindəki öhdəliklərini nəzərə alaraq Aİ ilə bütün mümkün sahələr və istiqamətlərdə sıx əməkdaşlığı davam etdirəcək”, - deyə o, RF XİN başçısı Sergey Lavrovla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
“Bəli, biz Avrasiya İttifaqının üzvüyük, ancaq həm də bu ittifaqdakı öhdəliklərimizi nəzərə alaraq Avropa İttifaqı ilə tərəfdaşlığın dərinləşməsinə dair danışıqlar aparırıq”, - deyə erməni nazir əlavə edib.