21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən Gəncədə əməyin mühafizəsinə həsr olunan seminar-müşavirə keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Tədbirdə qeyd edilib ki, 2014-cü ildə ölkədə istehsalatda 225 bədbəxt hadisə qeydə alınıb, 183 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ötən il ölümlə nəticələnən 90 bədbəxt hadisə baş verib. 2013-cü ildə isə istehsalatda bədbəxt hadisələr zamanı həyatını itirənlərin sayı 71 nəfər olub.
Əməyin pozulması hallarına gəlincə, ötən il bu istiqamətdə quruma daxil olan müraciətlərin müəyyən hissəsi Qərb regionunun payına düşüb.
“Daxil olan 4586 ərizə və şikayətin təxminən 10-15%-i qərb bölgəsini əhatə edir. DET-AL kompleksi ilə tanışlıq göstərir ki, müəssisədə əməyin mühafizəsi mükəmməl şəkildə qurulub, yüksək səviyyədədir və təqdirəlayiqdir”, – deyə Dövlət Əmək Müfəttişliyinin rəis müavini Anar Quliyev bildirib.
F.Mehdiyev