Çərşənbə günü Sina yarımadasında iki yaşayış məntəqəsinin minaatan və raketlərdən atəşə tutulması nəticəsində ən azı 13 nəfər həlak olub. Bu barədə yerli hakimiyyət orqanları məlumat verib.
Ölənlər arasında 11 dinc sakin və 2 hərbçi var.
Hakimiyyət orqanlarının məlumatına əsasən, Şeyx Züveyd yaşayış məntəqəsində yaşayış evinə ən azı iki mina düşüb, 9 dinc sakin həlak olub. Başqa bir yaşayış məntəqəsində evlərinə raket düşməsi nəticəsində isə iki dinc sakin ölüb.
Yük avtomobilinin bomba qoyulmuş yolda partlaması iki hərbçinin ölümü ilə nəticələnib.
Sina yaraımadasında Misirin devrilmiş prezidenti, 2013-cü ildə ölkədə fəaliyyəti qadağan edilmiş “Müsəlman qardaşlar” hərəkatının lideri Məhəmməd Mürsi tərəfdarları olan bir sıra radikal islamçı qruplaşmalar fəaliyyət göstərir.