2015-ci ilin I rübündə SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) dövlət büdcəsinə 340 mln. 443 min manat vergi ödəyib. Bu barədə şirkətin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
Xəbər verildiyi kimi, 2014-cü ilin yanvar-mart ayları ərzində SOCAR-ın dövlət büdcəsinə vergi köçürmələri 523 mln. 106 min manat təşkil edib. Beləliklə, 2015-ci ilin I rübündə şirkətin dövlət büdcəsinə vergi köçürmələri 34,9 % azalıb.
2015-ci ilin mart ayında SOCAR dövlət büdcəsinə 113 mln. 714 min manat məbləğində vergi ödəyib.
Cari ilin yanvar-mart aylarında SOCAR-ın Dövlət Sosial Müdafiə Fonduna (DSMF) icbari sosial sığorta üzrə ödənişləri 34 mln. 886 min manat təşkil edib (ötən ilin analoji dövrü ilə müqayisədə azalma 6,3% - İF-Az).
Bununla yanaşı, mart ayında şirkət DSMF-ə 11,229 mln. manat məbləğində ödəniş həyata keçirib.
2014-cü ildə SOCAR tərəfindən dövlət büdcəsinə vergi daxilolmaları 1 mlrd. 855 mln. 230 min manat təşkil edib.
2015-ci ildə SOCAR-ın dövlət büdcəsinə vergi ödənişləri üzrə plan 1,5 mlrd. manat səviyyəsində müəyyən edilib.
A.Əzizov