Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 9-na manatın dollara nisbətən rəsmi məzənnəsini aprelin 8-də qeydə alınmış 1,0517 manat/$1 səviyyəsinə qarşı 1,0515 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,0190% möhkəmlənib.
AMB aprelin 9-na manatın avroya nisbətən rəsmi məzənnəsini aprelin 8-də qeydə alınmış 1,1399 manat/1EUR səviyyəsinə qarşı 1,1330 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,6053% möhkəmlənib.
Aprelin 9-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsi aprelin 8-də qeydə alınmış 0,0191 manat/1RUR səviyyəsinə qarşı 0,0196 manat/1RUR səviyyəsində müəyyənləşdirilib. Beləliklə, manat rubla nisbətən 2,6178% ucuzlaşıb.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Əzizov