Cümə axşamı səhər saatlarında Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ANS telekanalının saytında məlumat verilir.
Hadisə Xətai rayonunda baş verib.
Sürətlə hərəkət edən “İveco” markalı avtobus “Chevrolet” markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən avtobus aşıb, minik maşınına da ciddi ziyan dəyib.
Qəza nəticəsində avtobusun sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Y.Əliyev