İslam dininin sünni və şiə cərəyanları arasında mövcud münaqişələr İslam dünyasını dağıda bilər. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı bəyan edib.
“Hazırda İslam dünyası dağılmaq təhlükəsi altındadır”, - deyə “Hürriyyet” qəzeti onun sözlərindən sitat gətirir.
“Bu təhdidlərə qarşı mübarizə aparmaq üçün dərhal tədbirlər görmək lazımdır”, - deyə o əlavə edib.
“Siz digər cərəyana (islamın - İF) mənsub ola bilərsiniz, lakin bir cərəyanı digərindən üstün tutaraq ümməni (İslam birliyi) dağıdırsınız”, - deyə R.T.Ərdoğan hesab edir.
Türkiyə prezidenti, həmçinin söz verib ki, gərginliyin azalmasına kömək etməyə çalışacaq və bunun üçün müsəlmanların dini liderləri ilə görüşəcək.
R.T.Ərdoğan sünni müsəlmandır.