Prezident İlham Əliyev aprelin 9-da Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Salem Xalifa Mohamed Əl-Ğaflini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev Azərbaycanın BƏƏ ilə əlaqələrinin genişlənməsində maraqlı olduğunu deyib.
Diplomat Bakıda səfirliyin işinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən prezidentə minnətdarlığını ifadə edib. O, ikitərəfli əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Y.Əliyev