Moldova Ombudsmanı Aureliya Qriqoriu azərbaycanlılara qarşı soyqırımın törədilməsində günahkar olan ermənilərin cinayət məsuliyyətinə cəlb edilməsini zəruri hesab edir.
Azərbaycan xalqına qarşı soyqırım törədilməsində günhkar olan ermənilər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Çünki Azərbaycan xalqına qarşı bu soyqırımın törədilməsinə dair müəyyən edilmiş faktlar və sübutlar var. Son zamanlar mən həmin şəxslərin beynəlxalq cinayət məsuliyyətinə cəlb olunması məsələsini daim qaldırıram”, - deyə A.Qriqoriu cümə günü “Saxta erməni soyqırımı: uydurma və gerçəklik” mövzusunda beynəlxalq konfrans çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, konfransda çıxışı zamanı o, bir daha “hələ Sovet hakimiyyəti dövründən başlayaraq və son hadisələrə qədər azərbaycanlılara qarşı törədilən soyqırıma aidiyyəti olan şəxslərin beynəlxalq məhkəməyə cəlb edilməsi və cəzalandırılması” məsələsini qaldıracaq.
Qondarma “erməni soyqırımı” ilə bağlı sualı şərh edən A.Qriqoriu qeyd edib ki, “həmin illərdə heç bir soyqırım törədilməyib”.
“Hətta ilk mənbələrdən, Türkiyə arxivlərindən aydın olur ki, əksinə, həmin dövrdə erməni hərbçilər və əhali onlara sığınacaq verən və öz torpaqlarında yaşamaq üçün imkan yaradan türk xalqına qarşı xəyanətkar əməllər həyata keçiriblər. Bu, satqınlıq kimi qiymətləndirilir”, - deyə Moldova Ombudsmanı vurğulayıb.
O, həmçinin deyib ki, hələ də Ermənistan tərəfindən təzyiqlərə məruz qalır.
“İki həftə öncə Ermənistan mətbuatında Kişinyovda 20 Yanvar hadisələrinə həsr olunan tədbirlərlə bağlı material dərc olunub. Və erməni mətbuatı Kişinyovun Azərbaycanın tərəfində olmasından hiddətlənmişdi. Məqalədə “Bunu rəsmi Kişinyovun Ermənistanla bağlı mövqeyinin dəyişməsi kimi qiymətləndrmək olarmı?” deyə sual edilirdi. Və bu kontekstdə “Qoy Qriqoriu sakitləşməsin, biz onsuz da onu tapacağıq” kimi təhdidlər səsləndirilirdi. Birbaşa təhdidlər yoxdur, lakin dolayısı ilə hər zaman səslənir”, - deyə A.Qrirqoriu vurğulayıb.
R.Babayev