May ayında Bakıda ilk dəfə “Nicolya” şokolad muzeyinin sərgisi açılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə tədbirin keçiriləcəyi Muzey Mərkəzindən məlumat verilib.
“Nicolya” şokolad muzeyi Bakıda sərgini dünya turu çərçivəsindəkeçirəcək.
Ekspozisiya Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə keçiriləcək.
Şokolad sərgisinin ziyarətçiləri şokoladdan hazırlanmış 200-dən çox eksponat və eksklüziv suvenirlərə tamaşa edə biləcəklər.
Təşkilatçılar bildiriblər ki, sərgi çərçivəsində müəllif arzu edənlər üçün ustad dərsləri də keçəcək.
A.Zeydullayeva