“Azərbaycan” istilik elektrik stansiyası 2015-ci ilin I rübündə 2 mlrd. 227,2 mln. kVt/saat elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,1% çoxdur. Bu barədə “Azərenerji” SC-nin məlumatında bildirilir.
2015-ci ilin mart ayında stansiyada 736,3 mln. kVt/saat elektrik enerjisi istehsal edilib.
Xəbər verildiyi kimi, 2014-cü ildə “Azərbaycan” İES 7 mlrd. 683,6 mln. kVt/saat elektrik enerjisi istehsal edib.
“Azərbaycan” İES-də hər birinin gücü 300 MVt olan 8 blok var. Azərbaycanda istehsal edilən elektrik enerjisinin böyük hissəsi bu stansiyanın payına düşür. Burada yanacaq kimi təbii qaz və mazutdan istifadə edilir.
N.Abbasova