Nazirlər Kabineti fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakışəhərində yerləşən binalara tətbiq edilən əmsalları təsdiqedib. Bu barədə Vergilər Nazirliyinin məlumatında qeyd edilir.
Nazirlər Kabinetinin qərarı ilə Bakının ərazisi 12 zonaya bölünüb, bundan asılı olaraq 0,7-dən 1,5-dək əmsallardan istifadə olunur.
Qərarın mətnində şəhərin hər bir zonasının hüdudları müəyyən edilib.
Xəbər verildiyi kimi, 2015-ci il yanvarın 1-dən Azərbaycanda fiziki şəxslərdən əmlak vergisi sahənin hər kvadratmetrinə görə tutulacaq. Bundan öncə fiziki şəxslərdən əmlak vergisi sahənin inventar dəyərinə əsasən tutulurdu (sahənin dəyərinin 0,1%-ni təşkil edir).
Hazırda əmlak vergisi 30 kvadratmetrdən artıq olan sahənin hər kvadratmetrinə görə hesablanır (30 kvadratmetrə qədər sahədən vergi tutulmur).
Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyələri tərəfindən hesablanır. Vergi yığımları bələdiyyələrin büdcəsinə daxil olacaq.
Bundan başqa, dəyişikliklər vətəndaşların bağ sahələri və sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı yaşayış fondlarının həyətyanı sahələrinə görə vergi dərəcələrini müəyyən edir.
A.Axundov