Qərb bölgəsində yaşayan pravoslav xristianlar Gəncədəki Aleksandr Nevski kilsəsində Pasxa bayramını qeyd ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Tarixən biz Azərbaycan xalqı ilə mehriban münasibətlərdə olmuşuq. Bu gün bu münasibətlər davam edir. Bizim kilsə hamının üzünə açıqdır. Burada dinin fərqi yoxdur. Azərbayacan xalqına minnətdaram. Azərbaycan xalqını, prezidentini, onun ailə üzvlərini təbrik edirəm”, – deyə Aleksandr Nevski kilsəsinin keşişi Vyaçeslav Daşkovbildirib.
Bayram günü mömin pravoslavlar hazırladıqları şirniyyatları kilsəyə gətirərək, onu ruhanilərin duası və müqəddəs su ilə paklaşdırıblar.
F.Mehdiyev