2015-ci il aprelin 1-nə SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin abonentlərinin ümumi sayı 1 mln. 752,66 min təşkil edir. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
Onların 1 mln. 729,797 mini əhali, 22,863 mini isə qeyri-əhali sektoruna aiddir.
2015-ci ilin I rübü ərzində əhali kateqoriyasına aid 19,862 min yeni abonent qeydiyyata alınıb ki, bunun da 10,538 mini Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin, 9,324 mini regionların payına düşür.
1 aprel 2015-ci il tarixinə olan vəziyyətə görə, 315 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün limit ayrılıb. Əhali sektoru üzrə 123,152 min məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub.
N.Abbasova