BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura Britaniyanın “İndependent” qəzetinə müsahibəsində bildirib ki, İŞİD döyüşçülərinin Suriyadakı vəziyyətə təsirini yetərincə qiymətləndirməyib.
O, bu təşkilatı həm də Yarmukdakı Fələstin qaçqın düşərgəsində səbəb olduğu humanitar böhrana görə “qorxunc” adlandırıb.
S.de Misturanın sözlərinə görə, İŞİD xilafət elan etdikdə o, bunun Suriyada mübarizə aparan tərəflər üçün həyəcan siqnalı olacağına ümid edib.
“Mən düşünürdüm ki, bu xarici təhlükə münaqişə aparan hökumət və müxalifət qüvvələrini bir araya gətirə bilər. Lakin mən yanılmışam”,- deyə o bildirib.