Bazar ertəsi İran Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzayi azərbaycanlı həmkarı, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin “İnterfaks-Azərbaycan” agentliyinə verdiyi məlumata görə, Q.Rzayinin səfərində məqsəd iki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlıq məsələlərinin müzakirəsidir.
Bundan başqa, Q.Rezayinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşü nəzərdə tutulur.
F.İsazadə