“Moody`s Investors Service” beynəlxalq agentliyi 2015-ci ildə Azərbaycanda ÜDM artımını 1% səviyyəsində proqnozlaşdırır. Bu barədə agentliyin kredit rəyində deyilir(Credit Opinion).
Agentliyin rəyinə əsasən, 2016-cı ildə Azərbaycanda ÜDM 1,7% artacaq.
“Moody`s” 2015-ci ildə Azərbaycanda inflyasiyanı 9%, 2016-cı ildə 7% səviyyəsində proqnozlaşdırır.
Agentlik cari il üçün Azərbaycanın tədiyə balansının profisitini ÜDM-in 19,3%-i, 2016-cı il üçün ÜDM-in 21,5%-i səviyyəsində proqnozlaşdırır.
Azərbaycan hökuməti 2015-ci ildə ÜDM artımını 4,4% səviyyəsində proqnozlaşdırır.
2014-cü ildə Azərbaycanda iqtisadi artım 2,8%-ə bərabər olub.
A.Əzizov