Azərbaycan və Tatarıstan iş adamlarının neft maşınqayırması, neft kimyası, dərman istehsalı, İKT, turizm, o cümlədən tibb turizmi və s. sahələrdə geniş əməkdaşlıq imkanları var. Bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev söyləyib.
İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, bazar ertəsi Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və Tatarıstan tərəfindən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 50-yə yaxın iş adamı iştirak edib.
Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Ş.Mustafayev neft maşınqayırması, neft kimyası, dərman istehsalı, İKT, turizm, o cümlədən tibb turizmi və s. sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb.
RF Tatarıstan Respublikasının baş nazirinin müavini, sənaye və ticarət naziri Ravil Zaripov Azərbaycan iş adamlarını Tatarıstana dəvət edib.
A.Əzizov