Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 14-nə manatın dollara nisbətən rəsmi məzənnəsini aprelin 13-də qeydə alınmış 1,0537 manat/$1 səviyyəsinə qarşı 1,0514 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,2182% möhkəmlənib .
AMB aprelin 14-nə manatın avroya nisbətən rəsmi məzənnəsini aprelin 13-də qeydə alınmış 1,1161 manat/1EUR səviyyəsinə qarşı 1,1106 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,4927% möhkəmlənib.
Aprelin 14-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi aprelin 13-də qeydə alınmış 0,0197 manat/1RUR səviyyəsinə qarşı 0,0202 manat/1RUR səviyyəsində müəyyənləşdirilib. Beləliklə, manat rubla nisbətən 2,538% ucuzlaşıb.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Əzizov