“Azərlotereya” ASC lotereya biletlərinin hazırlanması üçün podratçı seçimini baş tutmamış sayıb. Bu barədə cəmiyyətin məlumatında deyilir.
“3-dən az şirkət tender üzrə təklif təqdim etdiyi üçün «Dövlət satınalmaları haqqında» qanunun 11.1-ci maddəsinə əsasən tender baş tutmamış sayılıb”, - deyə elanda qeyd edilir.
“Azərlotereya” ASC Azərbaycan prezidentinin fərmanı ilə 2001-ci il noyabrın 23-də yaradılıb və onun təsisçisi İqtisadi İnkişaf Nazirliyidir. “Azərlotereya” Azərbaycanın lotereya bazarında inhisarçıdır.
A.Əzizov