2015-ci ilin mart ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri fevral ayı ilə müqayisədə 11,2% bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsinin saytında məlumat verilir.
Dəniz nəqliyyatında yükdaşıma tarifləri MDB və digər xarici ölkələr üzrə müvafiq olaraq 30,2% və 32,2% bahalaşıb.
Hesabat ayı ərzində boru kəməri vasitəsilə neftin və qazın nəql olunma tarifləri müvafiq olaraq 17,7% və 21,8% bahalaşıb. Martda avtomobil nəqliyyatında yükdaşıma tarifləri 0,1% bahalaşıb.
Ümumilikdə 2015-ci ilin fevral ayı ilə müqayisədə mart ayında sərnişindaşıma tarifləri 0,8% artıb. Hesabat ayında hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 0,9%, digər xarici ölkələr üzrə 6,9% bahalaşma müşahidə olunub.
Fevral ayı ilə müqayisədə martda dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 4,2% ucuzlaşıb.
N.Abbasova