Çərşənbə axşamı Milli Məclisin plenar iclasında Azərbaycanın "Beynəlxalq dəmir yolu daşımaları haqqında
Konvensiya"ya (COTIF) qoşulması ratifikasiya edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verir.
Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, konvensiya onu ratifikasiya edən ölkələrdə yük və sərnişinlərin daşınması sahəsində vahid qaydaların tətbiqini nəzərdə tutur və Azərbaycanın üzərinə Ermənistanla dəmir yolu əlaqəsi qurmaq öhdəliyi qoymur.
Beynəlxalq dəmir yolu ilə sərnişin və yük daşımaları məsələlərinə dair çoxtərəfli beynəlxalq saziş olan COTIF konvensiyası 1980-ci ildə hazırlanıb və 1985-ci ildə qüvvəyə minib.
COTIF sazişinə əsasən, yük daşımaları haqqında müqavilə dəmir yolu fakturası ilə rəsmiləşdirilir. Daşıyıcının əsas vəzifəsi yükün vaxtında və itki olmadan təhlükəsiz daşınmasını həyata keçirməkdir.
A.Axundov