Azərbaycan və Rusiya alimləri Bakıda əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
Rusiya Elmlər Akademiyası Yer Fizikası İnstitutunun direktoru, Neft Geofizika və Geofiziki Monitorinq Fundamental problemləri laboratoriyasının müdiriSergey Tixotskiyvə geologiya-mineralogiya üzrə fəlsəfə doktoruYelena PoludetkinaAMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olublar.
Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli RSXM-də aparılan kompleks seysmoloji geofiziki və geodinamik tədqiqatlar haqqında məlumat verib, qonaqları əldə olunmuş nəticələrlə tanış edib.
Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.
A.Zeydullayeva